Azərbaycan 4 milyard dollar yardım almaq üçün danışıqlar aparır

Azərbaycan 4 milyard dollar yardım almaq üçün danışıqlar aparır

Azərbaycan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı ilə 4 mlrd. dollarlıq təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar aparır. br br “APA-Economics” xəbər verir ki, bu barədə BVF-nin nümayəndəsi “Financial Times” qəzetinə bildirib. br br Onun sözlərinə görə, bu məsələnin müzakirə üçün Beynəlxalq Valyuta Fondu və Dünya Bankının nümayəndələri 28 yanvar - 4 fevral ərzində Bakıya rəsmi səfər edərək, hökumət rəsmiləri ilə görüşlər keçirəcək. br br “Bu yardım paketi neftin ucuzlaşmasından irəli gələn problemlərlə mübarizə aparan Azərbaycana ayıracağımız ilk kreditdir”, - deyə o bildirib.


User: Son Xeberler

Views: 2

Uploaded: 2016-01-28

Duration: 00:36