Xaçmazda maşınla vurulan polisin vəziyyəti ağırdır

Xaçmazda maşınla vurulan polisin vəziyyəti ağırdır

Xaçmaz rayonunda iki piyadanı maşın vurub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob -Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. br br "VAZ 2106 " markalı 27 BE 109 dövlət nömrə nişanlı avtomaşın iki piyadanı vurub. Onlar Nərəcan kənd sakinləri 1987-ci il təvəllüdlü Yunusov Şahəddin Almaz oğlu və 1986-cı il təvəllüdlü Əsədov Vasif Əkbər oğludur. Hər iki şəxs Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olan Xaçmaz Dəmiryol xətt polis şöbəsinin əməkdaşı Şahəddin Yunusov Bakıda yerləşən tibb müəssisəsinə göndərilib. Vasif Əsədovun vəziyyəti isə orta ağırdır, müalicəsi davam etdirilir. br br Faktla bağlı araşdırmalara başlanılıb.


User: Son Xeberler

Views: 5

Uploaded: 2016-02-03

Duration: 00:44

Your Page Title